İtaliyanın Azərbaycandakı səfirliyinin nəzdində iyulun 28-dən etibarən “VisaMetric” şirkəti tərəfindən idarə ediləcək yeni viza şöbəsi açılacaq.
Bu barədə Gün.Az-a İtaliyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Yeni açılacaq viza şöbəsi Bakı şəhəri Səbail rayonunda Lermontov küçəsi 113/117-də yerləşəcək və bütün növ viza sənədlərinin qəbulu ilə məşğul olacaq.
Şengen vizasının alınması ilə bağlı yeni prosedur qaydaları tezliklə yeni yaradılacaq saytda qeyd ediləcək.
Rəsmi şəxslərin və diplomatların sənədləri isə əvvəlki qayda ilə səfirliyin viza bölməsində qəbul olunacaq.
Ətraflı məlumat üçün İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət oluna bilər.
Gün.Az