“Nabat” bədii filmi Beynəlxalq Venesiya kinofestivalında
25.7.2014

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan, rejissor Elçin Musaoğlunun çəkdiyi “Nabat” tammetrajlı bədii film avqustun 27-dən sentyabrın 6-dək İtaliyada keçiriləcək 71-ci Venesiya Beynəlxalq kinofestivalında nümayiş olunacaq.
Kinostudiyadan bildirilib ki, bu film festivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi olan “Horizontlar” (“Orizzonti”) proqramında iştirak edəcək.
Bu proqramda yeni tendensiyaların olduğu bədii və sənədli filmlər iştirak edir.
E.Musaoğlu ilə yanaşı, 16 rejissorun filminin nümayiş olunacağı bu proqramda ən yaxşı ekran əsərlərinin müəlliflərinə mükafatlar təqdim ediləcək.

AzərTAc