Lerikdə yeni avtomobil yolu tikilir. Bu barədə Lerik rayon İcra Hakimiyyətindən bildiriblər.
Məlumata əsasən, Noda-Şingədulan-Xanagah yolunun uzunluğu 35 km, eni isə 6 metrdir. 30 min əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən yol tam olaraq asvaltlanacaq. Artıq yolun 13 km-lik hissəsinə asvalt vurulub. 20 km-lik hissə isə asfalta hazırlanıb.
Milli.Az