Azərbaycan İspaniyada folklor rəqsləri festivalında təmsil olunub
4.8.2014

İspaniyanın bir neçə şəhərində müxtəlif ölkələrdən olan rəqs qruplarının ifalarından ibarət XXXV Beynəlxalq Foklor Festivalı keçirilib. Folklor rəqslərinin nümayiş edildiyi tədbirlərdə Azərbaycan da təmsil olunub.
İspaniyanın Valdelacalzada, Oliva de la Frontera və Torreorqaz şəhərlərində keçirilmiş konsertlərə ölkəmiz ilə yanaşı, Kosta-Rika, Ukrayna, İtaliya, Portuqaliya, Misir, Benin Respublikasından olan qruplar qatılıblar.

AzərTac