Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyip Ərdoğan olub
11.8.2014

Türkiyədə keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanıb.

Türkiyə tarixində ilk dəfə ümumxalq səsverməsi ilə seçilən 12-ci prezident Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyip Ərdoğan olub.

O, seçilərin 51.95 faizinin səsini toplayıb.

Ərdoğan qələbəsi münasibətilə məşhur "balkon çıxışı"nı edir. O, Türkiyə xalqına ona göstərdiyi etimada görə təşəkkür edib.

APA