Son tunc dövrünə aid olması ehtimal edilən kurqanda tədqiqatlar aparılır
3.9.2014

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Goranboy rayonu ərazisində arxeoloji qazıntı işləri aparır.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Naftalan-Goranboy arxeoloji ekspedisiyasının rəisi Müzəffər Hüseynov bildirib ki, arxeoloji tədqiqatlar Goranboy şəhərindən 10 kilometr məsafədə, Goranboy-Ağcakənd yolunun kənarında yerləşən kurqanda aparılır. Kurqanın diametri 25 metr, hündürlüyü 2,5 metrdir. Torpaq örtüklü kurqanın ətrafı (kromlexi) iri ölçülü çay daşları ilə qurulub. Son tunc dövrünə aid olması ehtimal edilən kurqanda tədqiqatlar yekunlaşdıqdan sonra onun yenidən bərpa edilməsi nəzərdə tutulur.

AzərTAc