Ərəblər yenə dünyanı heyrətləndirirlər - FOTO
11.9.2014

Süni adada tikilən, 200 min insan üçün hesablanan və "Ferrari World"un yanında olan məkan...

Ora Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində tikilmiş yeni ticarət mərkəzidir.

235 min m2 sahəsi olan ticarət mərkəzində 400 dükan, 20 zala malik kinotear yerləşib. Mərkəzin qarşısında isə 10.000 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq var.

Yas adlı süni adadakı "Yas Mall" ticarət mərkəzinin inşası artıq başa çatmaqdadır.

"Yas Mall"da dünyanın ən məşhur brendlərinin butikləri ilə yanaşı, "Nike", "Adidas", H&M və "Zara"nın bölgədə ən böyük dükanları fəaliyyət göstərəcək.

Xatırladaq ki, bölgədə ən böyük ticarət mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən, sahəsi 502.000 m2 olan "Dubai Mall"dır.



Milli.Az