Bədii gimnastika üzrə dünya çempionu, Rusiya Dövlət Dumasının deputatı Alina Kabayeva “Milli Media Qrupu” QSC-nin direktorlar şurasına rəhbərlik edəcək.
Rusiya mətbuatına istinadən verilən xəbərə görə, bu barədə deputatın nümayəndəsinin məlumatında bildirilir.
“Altı il “Milli Media Qrupu” holdinqinin ictimai şurasına rəhbərlik edən Kabayeva Alina Maratovna şirkətin direktorlar şurasının sədri postunu tutmaq təklifini qəbul edib”, - deyə məlumatda qeyd olunub.
Bundan əvvəl isə Kabayevanın öz istəyi ilə deputatlıq səlahiyyətlərindən imtina etmək barədə ərizə yazdığı məlum olmuşdu.
“Deputat ərizə yazdı, biz də onu təmin etdik. Bu məsələyə sentyabrın 16-da parlamentin payız sessiyasında baxılacaq”, - deyə Dövlət Dumasının Reqlament komitəsinin rəhbəri Sergey Popov vurğulayıb.
“Milli Media Qrupu” Rusiyanın ən böyük özəl holdinqlərindən biridir. 2008-ci ildə yaradılan holdinqin tərkibinə daxildir:
“Peterburq-Pyatıy kanal” (72,4) teleradio şirkəti
“Birinci kanal” ASC (25%),
REN TV (68%),
“İzvestiya” qəzeti (73,2%)
“Russkaya Slujba Novostey” radio stansiyası (100%).
“Metro-Peterburq” qəzeti.
Gün.Az