Bakıda ilk dəfə gənclər arasında velo-polo yarışması keçirilib
22.9.2014

Bakıda ilk dəfə gənclər arasında velo-polo yarışması keçirilib. Layihənin məqsədi gəncləri Azərbaycanda yaranmış çövkən - polo oyunu ilə bağlı məlumatlandırmaq olub.
Bu yarışmanı müasir və maraqlı edən cəhət yarışda atların əvəzinə velosipedlərdən istifadə olunmasıdır.
Turnirdə hər birində 3 nəfər olmaqla 8 komanda iştirak edib və komandalar Olimpiya sistemi üzrə mübarizə aparıblar.
Xatırladaq ki, sonda qaliblər layihənin təşkilatçıları tərəfindən qiymətli hədiyyələrlə təltif olunublar.


AzərTAc