Pulu olmayana evlənmək olmaz
27.3.2012

Britaniyanın hakimiyyət dairələri illik gəlirləri yetərli səviyyədə olmayan vətəndaşlara əcnəbilərlə ailə həyatı qurmağı yasaqlayan qanun layihəsini qəbul etməyə hazırlaşır.

GoMap-ın Milli.az saytına istinadən verdiyi məlumata görə, istinadən bildirir ki, Britaniya DİN-in hazırladığı yeni qanun layihəsinə görə, illik gəlirinin toplam həcmi 26 min funt-sterlinqdən az olan vətəndaş əcnəbi şəxslə ailə quraraq onu Britaniyaya gətirə bilməyəcək.

Əgər əcnəbi ilə evlənmək istəyən şəxsin övladı varsa, onun illik gəlirinin minimal məbləği 62600 funt-sterlinq olmalıdır.

Ölkədə vətəndaşlıq almaq üçün saxta nikahlara əl atan şəxslərin qarşısını almaq üçün əcnəbi vətəndaşla yeni evlənmiş Britaniya vətəndaşının nikahına 5 il sınaq müddəti tətbiq ediləcək.
Eyni zamanda, Britaniyanın qəbul etdiyi mühacirlərin sayı ildə 15 min nəfərlə məhdudlaşdırılacaq.