Oktyabrın 3-də “Kapellhaus Alman-Azərbaycan Mədəniyyət Birliyində “Azadlığa aparan qatar” sənədli filmi nümayiş olunacaq.
Filmin rejissorları Sebastyan Denxardt və Mattias Şmidtdir. 90 dəqiqəlik bu film Berlin divarlarının aradan götürülməsi, almanların birliyinə aparan tarixi hadisələrdən bəhs edir. Filmdə arxiv materialları ilə yanaşı, hadisənin şahidlərindən də müsahibələr yer alıb.
sia.az