Tokioda “Miss İnterneşnl-2014” beynəlxalq gözəllik müsabiqəsinin finalı keçirilib.
Müsabiqənin qalibi isə Puerto-Riko təmsilçisi Valeri Ernandes Matias olub. O, 70 rəqibinə qalib gələrək dünyanın ən gözəl qızı seçilib. Valeri vətənində keçirilən gözəllik yarışında isə ikinci yerə çıxıb.
Əslində, dünya gözəli müsabiqəsində Puerto-Rikonu Patrisiya Kinyones təmsil etməli idi. Lakin o, şəxsi həyatında baş verən bir sıra hadisələrlə bağlı öz səlahiyyətlərini Valeri Ernandes Matiasa ötürüb. Valeri isə öz növbəsində, həmvətəninin gözləntilərini doğruldub.
publika.az