“Azərbaycan – möcüzəli Odlar yurdu” sərgisinə hazırlıq işləri
19.11.2014

Çexiya Milli Muzeyi və Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) sıx əməkdaşlığı nəticəsində, çoxlu sayda zəngin eksponatlardan ibarət ilk dəfə “Azərbaycan – möcüzəli Odlar yurdu” adlı böyük sərginin qurulmasına başlanılıb.

Muzeydən bildirilib ki, sərgi noyabrın 28-dən 2015-ci il fevralın 15-dək Praqa şəhərində Çexiya Milli Muzeyi – Asiya, Afrika və Amerika Mədəniyyətləri Naprstek muzeyində nümayiş olunacaq.

Sərgidə MATM-dan 250 və Çexiya muzeylərindən Azərbaycana aid 50 eksponat nümayiş olunacaq. Onların arasında mis qablar, zinət əşyaları, sikkələr, tətbiqi sənət nümunələri, musiqi alətləri, silahlar və ən maraqlı Azərbaycan xalçaları təqdim ediləcək.

Sərgidə Azərbaycan dövlətinin zəngin tarixi və qədim ənənələri də nümayiş olunacaq.

Azərbaycan tərəfindən, sərginin rəhbəri və müəllifi MATM-ın direktoru, akademik Nailə Vəlixanlıdır. Çexiya tərəfindən sərginin təşkilatçısı Pavlina Vogelovadır.

Sərgi Çexiya Respublikasında Azərbaycanın səfirliyi, Şkoda şirkəti, Çexiya Radio və televiziyasının dəstəyi ilə baş tutacaq.

AzərTAc