Noyabr ayının 22-dən 27-dək Azərbaycan Respublikasında Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri keçiriləcək.
İlk dəfə olaraq keçiriləcək Mədəniyyət Günləri ilə əlaqədar Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri cənab Ömər Çeliyin rəhbərliyi altında qardaş ölkənin tanınmış incəsənət ustaları Azərbaycana səfər edəcəklər.
Tədbir çərçivəsində 23 noyabr tarixində Heydər Əliyev Mərkəzində “Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı, Dövlət Xalq Rəqsləri Topluluğu İstanbul Tarixi Türk Musiqisi Topluluğu” konserti, 24-27 noyabr tarixində Muzey Mərkəzində Əl sənətləri" (gümüş, bakır, çinicilik, naxış, ebru, şüşə üfləmə) və “Qadın Başlığı”, “Türkiyədən Rənglər” foto-sərgiləri, 25 noyabr tarixində Dövlət Mahnı Teatrında “Xalq ozanlarının deyişməsi”, noyabr ayının 25-də və 26-da Nizami Kino Mərkəzində “Aşk Tesadüfleri Sever” və “Yozgat Bules” filmlərinin nümayişi, noyabr ayının 26-da və 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının “Nereye” və “Meraklısı için Öyle Bir Hikaye” tamaşalarına baxış keçiriləcək.
sia.az