Azərbaycanda Türkiyənin Mədəniyyət Günləri keçiriləcək - Proqram
21.11.2014

Noyabr ayının 22-dən 27-dək Azərbaycanda Türkiyənin Mədəniyyət Günləri keçiriləcək.
İlk dəfə olaraq keçiriləcək Mədəniyyət Günləri ilə əlaqədar Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çeliyin rəhbərliyi altında qardaş ölkənin tanınmış incəsənət ustaları Azərbaycana səfər edəcəklər.

Tədbir çərçivəsində 23 noyabrda Heydər Əliyev Mərkəzində "Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı, Dövlət Xalq Rəqsləri Topluluğu İstanbul Tarixi Türk Musiqisi Topluluğu" Konserti, 24-27 noyabr tarixində Muzey Mərkəzində Əl sənətləri" (gümüş, bakır, çinicilik, naxış, ebru, şüşə üfləmə) və "Qadın Başlığı", "Türkiyədən Rənglər" foto-sərgiləri, 25 noyabr tarixində Dövlət Mahnı Teatrında "Xalq ozanlarının deyişməsi", noyabr ayının 25-də və 26-da Nizami Kino Mərkəzində "Aşk Tesadüfleri Sever" və "Yozgat Bules" filmlərinin nümayişi, noyabr ayının 26-da və 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Nereye" və "Meraklısı için Öyle Bir Hikaye" tamaşalarına baxış keçiriləcək.

 Azərbaycan Respublikasında Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günlərinin

PROQRAMI

2014-cü il  23-27 noyabr

 

s/s

Tədbirin adı

Keçirildiyi yer

Tarix

saat

Ünvan

 

1.

 “Azərbaycan Respublikasında Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günlərinin rəsmi açılışı, Dövlət Xalq Rəqsləri Topluluğu

İstanbul Tarixi Türk Musiqisi Topluluğu” Konserti

Heydər Əliyev Mərkəzi

23 noyabr

19:00

Bakı şəhəri, H.Əliyev

Prospekti, 1

 

2.

“Əl sənətləri” (gümüş, bakır, çinicilik, naxış, ebru, şüşə üfləmə) və “Qadın Başlığı”, “Türkiyədən Rənglər” foto-sərgiləri

Muzey Mərkəzi

24-27 noyabr

17:00

Bakı şəhəri, Neftçilər prospekti,

123A

3.

“Aşıqların deyişməsi”

Dövlət Mahnı Teatrı

25 noyabr

17:00

Bakı şəhəri, R.Behbudov küçəsi, 12

4.

“Aşk Tesadüfleri Sever”

filminin nümayişi

Nizami Kino Mərkəzi

25 noyabr

19:00

Bakı şəhəri, Bülbül prospekti, 20

5.

“Yozgat Bules”

filminin nümayişi

Nizami Kino Mərkəzi

26 noyabr

14:00

Bakı şəhəri, Bülbül prospekti, 20

6.

“Nereye” tamaşasına baxış

Azərbaycan Akademik Milli Dram Teatrı

26 noyabr

20:00

Bakı şəhəri,

Füzuli Meydanı, 1

7.

“Meraklısı için Öyle Bir Hikaye” tamaşasına baxış

Azərbaycan Akademik Milli Dram Teatrı

27 noyabr

20:00

Bakı şəhəri,

Füzuli Meydanı, 1

 

 

 

 

 

 

gun.az