"Dözülməz bosslar-2" Bakıya gəldi
26.11.2014

Dünən "28 sinema" kinoteatrında jurnalist və ictimaiyyət nümayəndələri üçün "Dözülməz bosslar-2" komediya filminin nümayişi keçirilib.

Filmdə hadisələr ABŞ-da baş verir.

Üç dost – Nik, Deyl və Kurt öz dəhşətli bosslarından intiqam almaq fikrinə düşürlər. Onlar öz şirkətlərini yaratmaq və bundan sonra heç kimin əlinin altında işləməmək qərarını verirlər. Müxtəlif planlar çızan dostlar boss olmaqda iddialıdırlar. Onlar plan qurub keçmiş bosslarından intiqam da alırlar və fikirləşirlər ki, artıq rahat nəfəs ala bilərlər. Lakin heç də belə deyil! Çünki həyatda elə müdirlər var ki, əvvəlki “dözülməz bosslar” onların yanında mələkdirlər...

Amerika istehsalı olan "Dözülməz bosslar-2" filminin rejissoru Şon Andresdir. Filmdə baş rollara Ceyson Beytman, Ceyson Sudeykis, Çarli Dey, Cennifer Eniston, Kris Payn çəkiliblər.

Qeyd edək ki, artıq bu film "28 sinema"nın repertuarına daxil edilib. Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür, həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.
Video

gun.az