Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Xəlilova Siddiqə “Dil - karyeraya gedən yol” adlı ali məktəblərarası tələbə müsabiqəsinin qalibi olub.
Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilən müsabiqədə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Qafqaz Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Dövlət Dəniz Akademiyası olmaqla, ümumilikdə 32 tələbə iştirak edib.
Sözügedən müsabiqədə tələbələrdən 3-4 dəqiqə ərzində hər hansı mövzuda prezentasiya təqdim etmək tələb olunub.
Münsiflər heyətinin qərarı ilə 1-ci yerin qalibi Bakı Dövlət Universitetinin tələbəsi Xəlilova Siddiqə – noutbukla, 2-ci yerin qalibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Cahangirova Albina – planşetlə, 3-cü yerin qalibi isə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Lətifov Kamran – mobil telefonla və diplomlarla mükafatlandırılıblar.
Gün.Az