Pelenin nümayəndəsi Pol Kemsli əfsanəvi futbolçunun səhhəti ilə bağlı danışıb.
Pol Kemsli Amerikanın "Associated Press" xəbər agentliyinə verdiyi açıqlamada əfsanə futbolçunun səhhətinin pisləşməsi ilə bağlı yayılan iddiaları təkzib edib:
“Pelenin vəziyyəti yaxşıdır. Tək problem ziyarətçisinin çox olmasıdır. Bu da onun yaxşılaşmasına kömək olmur. Bu səbəblə onu daha səssiz bir yerə köçürüblər. O, daha yaxşı müalicə alacaq”.
Pol Kemsli Pelenin Azərbaycana səfər edəcəyi ilə bağlı danışıb:
“Pele yeni ili ailəsi ilə birlikdə keçirmək istəyir.
Bundan sonra 2015-ci ilin əvvəlində Pele Avstraliya, Çin, Nigeriya və Azərbaycana səfər edərək, dünya turnesinə çıxacaq”.
publika.az