Bakıda keçirilən “Bakutel 2014” sərgisinin böyük pavilionlarından birində Sinam şirkəti tətbiq etdiyi ən yeni texnologiyaları nümayiş etdirib. 20 ildir ki bazarda olan “Sinam” MMC regionda genişmiqyaslı informasiya texnologiyaları və məhsulları ilə geniş sifarişçi bazasına malikdir. İndiyədək müxtəlif nazirliklər, dövlət strukturlarının sifarişi ilə elektron hökumət, avtomatlaşdırılmış vergi, ödəmə, coğrafiya informasiya sistemləri həyata keçirilib. Şirkət ilk Avropa oyunlarında iştirak edəcək qonaqlar üçün də xüsusi proqram hazırlayıb. Daha ətraflı məlumatla və “Sinam” MMC-nin prezidenti Elçin Əliyevin İTV telekanalına verdiyi müsahibə ilə bu linkdə - https://www.youtube.com/watch?v=c_jCkMfWuOE&feature=youtu.be&list=UUT8Xdd2mGJfdJ7zVy7d87qw tanış ola bilərsiniz.