Qız Qalası ilə üzbəüz bulvarın girəcəyində işıq şousu üçün hazırlıq işləri görülür.
Bu barədə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.
O, deyib ki, işıq şousu dekabrın 20-dən yanvarın 5- dək davam edəcək və hava qaralandan sonra təqdim olunacaq.
“Həmin ərazidə hündürlüyü təxminən 20 metrə çatan böyük təbii ağaclar var. Onlar bəzədiləcək və üzərləri kənardan işıqlandırılacaq, bu şou hər gün olacaq”.
gun.az