Evlərini bayram üçün nağıla çevirdilər - FOTOLAR
11.12.2014

İngiltərənin Esseks qraflığındakı Daqenhem şəhərində yaşayan Endi MakNab evini nağıllardakı məkana çevirib.

O, Milad və Yeni il bayramları münasibətilə evini illüminasiyalarla bəzəyib.

47 yaşlı MakNab evinin bəzədilməsində 15 mindən artıq lampadan istifadə edib.
ABŞ-ın Texas ştatında da bayramlar münasibətilə ev bəzədilib.

Daqehnam və Texasdakı evlər "Frozen" animasiya filminin janrında olmaqla yanaşı, lampalar "Let İt Go" mahnısının sədaları altında yanıb-sönür.



Milli.Az