Artıq çəkidən xilas olmağa çalışan adamların badama diqqət yetirmələrinə
dəyər. Alimlər təsdiqləyirlər ki, cəmi bir ovuc badam bütün günü
iştahanı boğa bilir.
Badam aşağı qlikemik indeksə malikdir. Bu indeks həmin məhsuldan
istifadə olunduqda qanda şəkərin miqdarının sürətlə artmasının
göstəricisidir. Trend-in məlumatına görə, bu barədə "The Telegraph"
xəbər verir.
Badam şəkərin və insulinin stabil və yavaş artımını təmin edir ki, bu da
insanda uzunmüddətli doymaq hissinə zəmanət verir. Deməli, badam insanı
həddindən artıq qidalanmadan xilas edə bilər. Alimlərin sözlərinə görə,
badam xüsusilə şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır.
ABŞ-ın Perdu Universitetinin professoru Riçard Meytsin apardığı təcrübə
sübut edib ki, səhərlər badam yeyən adamlar daha çox tox qalır, onların
qanında şəkərin miqdarı səhər yeməyi və naharda aşağı qlikemik indeksə
malik məhsullardan istifadə edənlərə nisbətən az olur.
Yeri gəlmişkən, alimlər qeyd edirlər ki, bu, kalorini hesablamağı
unutmaq demək deyil. Həqiqətən də badam orqanizmi aldatmağa kömək edəcək
və nəticədə insan orqanizmi doymaq üçün daha kiçik həcmdə qida tələb
edəcək.
Milli.Az