Axtarış
Başqa şəhərlərdə
Dünyanın ən bahalı gəlinliyi Türkiyənin Bursa şəhərində hazırlanıb. Burada dəbdəbəli otellərdən birində nümayiş etdirilən gəlinliyin dəyəri 1,5 milyon avrodur. "Mələk" adı verilən gəlinlik qızılı rəngli hind parçasından tikilib və üzəri 900 ədəd zümrüd, yaqut və sapfir daşı ilə bəzədilib. Gəlinliyin tacı və qanadları isə ayrıca işlənib.Dünyanın ən bahalı gəlinliyinin ağırlığı isə 55 kiloqramdır. Gəlinliyi nümayiş etdirən model Yasemin Acar isə 49 kiloqram çəkidə olduğu üçün, gəlinliyi nümayiş etdirərkən çətinlik çəkdiyini deyir.Gəlinliyi hazırlayan moda evi bunun üçün 2,5 ay vaxt sərf edib. Dünyanın ən bahalı gəlinliyi hazırda nümayiş etdirildiyi oteldə öz alıcısını gözləyir.Bundan əvvəl isə 2014-cü ildə Birləşmiş Ərəb Əmirliklərində bir şeyxin sifarişi ilə hazırlanmış və dəyəri 1 milyon avro olan gəlinlik dünyanın ən bahalı gəlinliyi hesab edilirdi. ANS PRESS
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.