Kıvanc Tatlıtuğ evlənir
13.4.2012

Türkiyənin məşhur aktyor və modeli Kıvanc Tatlıtuğ 2002-ci ildə yaxın münasibətlər qurduğu, amma sonra iki dəfə həmin münasibətləri pozaraq bərpa etdiyi Azra Akınla ailə həyatı qurmağa hazırlaşır.
İstirahətə yollandıqları Amsterdamdan qayıdan Kıvanc və Azra İstanbulda Tatlıtuğ ailəsinin Erenköydəki evində gecələyiblər.
Kıvanc da elə o gecə valideynlərinə bildirib ki, Azra ilə evlənmək niyyətindədir.

Milli.Az