Beynəlxalq “Grammy” mükafatının “Klassik musiqi” nominasiyası üzrə namizədlərin arasında dünya şöhrətli azərbaycanlı bəstəkar Firəngiz Əlizadənin də olması haqda xəbər vermişdik.
Məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın Firəngiz Əlizadənin də əsəri daxil olan “Deutsche Grammofon” albomu ilin ən yaxşı kamera musiqisi nominasiyasında “Gremmy” mükafatına layiq görülüb.
Qeyd edək ki, “Gremmy” mükafatının 57-ci təqdimat mərasimi fevralın 8-də Los-Ancelesdə keçirilib.
Gün.Az