Kıvanç Tatlıtuğun Amerikaya getməsinin səbəbi bilindi
11.2.2015

Türkiyəli populyar aktyor okeanın o tayında çəkilən seriala dəvət olunub.

Məşhur aktyor ABŞ-da çəkilən “Vikinqlər” serialının üçüncü mövsümündə rol alıb.

Çəkildiyi “Kurt Seyit və Şura” serialının “reytinq qurbanı” olmasından sonra xəyal qırıqlığı yaşayan K.Tatlıtuğ parlaq günlərinə dönmək üçün yenidən hərəkətə keçib.

K.Tatlıtuğ fransız prodüserin dəstəyi ilə ABŞ-da çəkilən “Vikingler” serialında qonaq aktyor qismində rol alıb.

Məlumata görə, aktyor dünyanın ən məşhur seriallarından olan “Vikinqlər”də iki seriyada rol alacaq.

Bununla belə, onun həmin serialda daimi rol alması üçün müzakirələr aparılır.

“Vikinqlər” serialı VIII əsrdə Skandinaviya adi kəndlidən cəsur döyüşçüyə çevrilən Reqnar Lotbrukdan bəhs edir. K.Tatlıtuğ isə zahirən serialın baş rol ifaçısına çox bənzəyir.

Gün.Az