Ancelina Coli və Bredd Pitt nəhayət nişanlandılar
16.4.2012

Hollivud ulduzları Ancelina Coli və Bredd Pitt nişanlanıblar. Bred Pittin sözçüsü Cynthia Pett-Dante “People” jurnalına açıqlamasında cütlüyün nişanlandığını təsdiqləyib və uşaqlarının çox sevindiklərini bildirib.
Ancaq o, Ancelina Coli və Bred Pittin nə vaxt evlənəcəkləri barədə məlumat verməyib.
Qeyd edək ki, Ancelina Coli və Bredd Pittin hazırda 6 uşaqları var. Bu uşaqlardan 3-ü övladlığa götürülüb.

lent.az