“Əsgərin şücaəti” filmi nümayiş olunacaq
23.2.2015

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Əsgərin şücaəti” bədii filmi mayın 9-da təqdim olunacaq.

Kinostudiyadan  verilən məlumata görə, Belarus və Azərbaycanda lentə alınan filmin çəkilişləri başa çatıb.

Film Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir.

Filmin ssenari müəllifləri Yavər Rzayev və Yuri Vorobyov, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanov, Bəhruz Vaqifoğlu, Gülzar Qurbanova, Qurban İsmayılov, Georgi Caara, Mixail Kaminski, Aleksandr Pavlov, İvan Matskeviç və digərləri canlandırıblar.

APA