“Expressbank” Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçirir
26.2.2015

“Expressbank” 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə yeni kredit aksiyası təqdim edir.

Aksiya martın 8-dək davam edir.

Aksiyanın şərtlərinə görə, nağd pul krediti götürmək istəyən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaqlar. Kreditin məbləği 10 000 manatadək, maksimal müddəti isə 36 aydır. Üstəlik xanım müştərilərə “SmileCard” taksit kartı hədiyyə ediləcək.

Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5 000-dək POS-terminal və 180-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

APA