Fontenblo qəsrindəki muzeydən Çin artefaktları oğurlanıb
3.3.2015

Fransadakı Fontenblo qəsrinin muzeyindən Çin incəsənətinin unikal əsərləri oğurlanıb.

Martın 1-də səhər saatlarında muzeyə girən qarətçiləri indiyə qədər tapmaq mümkün olmayıb.

Siqnalizasiyanı və nəzarət kameralarını söndürən qarətçilər cəmi 7 dəqiqə ərzində III Napoleonun həyat yoldaşı imperatriçə Yevgeniyanın kolleksiyasından olan 15 artefaktı oğurlayıblar. Oğurlanan eksponatların içərisində Tibetdən gətirilən mandala (dini təsvirlər) və XVIII əsrə aid Siam kralının tacı da var.

azertag.az