2-ci peykin orbitə buraxılacağı tarix açıqlandı
5.3.2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərkosmos” ASC “Azerspace-2” peykinin və əlaqədar yerüstü avadanlıqların satın alınmasına dair açıq tender keçirir.

Tenderdə iştirak etmək istəyənlər 20 min dollar iştirak haqqı ödəməlidir. Bu pul tenderin nəticələrindən asılı olmayaraq geri qaytarılmayacaq.

Tender təklifi 6 ay qüvvədə olacaq. Qalib elan olunacaq iştirakçı müqavilə üzrə işləri 2017-ci ilin sonuna qədər tamamlanmalıdır. Söhbət yerüstü avadanlıqların quraşdırılmasından və peyk kosmodroma göndərilməyə hazır vəziyyətə gətirilməsindən gedir.

Qalib müəyyən edilərkən iddiaçıların maliyyə, texniki, ixtisas meyarları əsasında, habelə Ku- və Ka- radiotezlik zolaqlarında geo-stasionar orbitdə istismar olunan telekommunikasiya peyk və əlaqədar yerüstü avadanlıqlardan ibarət peyk sistemlərinin istismara verilməsi sahəsində təcrübəsi nəzərə alınacaq.

Publika.az