Tarix elmləri doktoru, professor Sevda Süleymanovanın Almaniyada rus dilində “Türk xalqları tarixindən” kitabı nəşr olunmuşdur.
S.Süleymanova bildirmişdir ki, LAP (Beynəlxalq Nəşriyyat Evi) tərəfindən işıq üzü görmüş kitabda türk xalqlarının ən qədim zamanlardan başlayaraq müasir dövrümüzə qədər olan tarixi əks olunmuşdur. Kitab təkcə tələbələr üçün dərs vəsaiti kimi deyil, həmçinin bu sahə ilə maraqlanan insanlar üçün də maraqlı olacaqdır.
AzərTAc