Azərbaycan Dillər Universitetində İngilis dilli günü qeyd olunub
26.4.2012

Bu gün Azərbaycan Dillər Universitetində “BMT-də Dillər Günü” təşəbbüsü çərçivəsində ingilis dramaturqu Vilyam Şekspirin anadan olması münasibətilə İngilis dilli günü qeyd olunub. Tədbir gənclər arasında çoxilliyi və mədəni müxtəlifliyə qarşı hörməti aşılamaq məqsədilə keçirilir.

Tədbir çərçivəsində ingilis dilində şeirlər söylənib, Şekspirin əsərlərindən səhnəciklər ifa olunub.

“BMT-də Dillər Günü” təşəbbüsü ilk dəfə, BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən Beynəlxalq Ana Dili Günü münasibətilə irəli sürülüb. Burada əsas məqsəd BMT-nin 6 rəsmi dili olan ingilis, ərəb, çin, rus, ispan və fransız dilinin dünyanın hər yerində mövcud olan BMT sistemi daxilində eyni dərəcədə istifadəsini təmin etməkdir.

APA