Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı – RƏSMİ
4.6.2015

Fətva verildi.

Bu gün Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının gəlişi münasibəti ilə tədbir keçirilib.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, Dini Qurumlarla İş üzrə Dövlət KOmitəsinin sədri Mübariz Qurbanlının, o cümlədən dini icma rəhbərlərinin iştirakı ilə keçirilən tədbir Quran ayələrinin oxunması ilə başlayıb.

Daha sonra Ramazan ayı münasibəti ilə QMİ Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib.

Fətvaya əsasən bu il Ramazan ayının 1-i miladi təqvimlə 18 iyun 2015-ci ilə təsadüf edir. Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-ə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.

Oxu.az