“Azərkosmos” məlumat yaydı.
“Azərkosmos” ASC Yerin məsafədən zondlaşdırılması üçün ikinci aşağıorbitli peyki əldə etməyi planlaşdırır.
Hazırda ASC-nin ixtiyarında 1 stasionar (Azerspace-1) və 1 aşağı orbitli peyk (AzerSky) var. İkinci stasionar peykin buraxılması 2017-ci ilə planlaşdırılıb, bundan sonra orbitə ikinci aşağıorbitli peykin buraxılması nəzərdə tutulur.
Ümumilikdə qarşıdakı illərdə Azərbaycan 4 peykə sahib olacaq.
Yerin məsafədən zondlaşdırılması üçün sayca ikinci peyk məsələn, fövqəladə hallar zamanı yerin fotoşəklinin çəkilməsi üçün, kənd təsərrüfatında isə ekoloji problemlərin həlli və kartoqrafiya üçün istifadə ediləcək.
www.oxu.az