İyunun 9-da Mahnı Teatrında Azərbaycanın görkəmli müğənnisi, xalq artisti Rəşid Behbudovun xatirəsi anılacaq.
Müğənninin adını daşıyan Mahnı Teatrında anım günü ilə bağlı konsertin son məşqləri gedir. Konsertdə R.Behbudovun bir zamanlar ifa etdiyi mahnılar səslənəcək.
Həmçinin iyunun 11-də görkəmli müğənninin adını daşıyan 2 nömrəli Musiqi Məktəbinin tələbələri də Mahnı Teatrının səhnəsində konsert proqramı ilə çıxış edəcəklər.
AZƏRTAC