Yaponiyanın paytaxtı Tokionun qərbindəki Sagamihara şəhərindəki evindən qaçan tutuquşu, yaxınlıqdakı otelin müştərisinin çiyninə qonub
Onun sahibini tapa bilməyən müştəri, tutuquşunu polisə aparıb. Adının "Piko-çan" olduğunu söyləyən tutuquşu, polislərə ardıcıl olaraq 3 dəfə yaşadığı şəhəri və evinin yerləşdiyi bölgəni, hətta evin nömrəsini belə təkrarlayıb. Tutuquşunun söylədiyi ünvana gedən polis, onun sahibiylə qarşılaşıb.
"Piko-çan"ın sahibi başqa bir tutuquşusunun da əvvəllər itdiyini, buna görə də 2 il əvvəl aldığı tutuquşuna ünvanını öyrətdiyini söyləyib.
foxnews.az