Kanadanın "Research in Motion" (RİM) korporasiyası illik "BlackBerry World" konfransında yeni "BlackBerry 10" (BB10) əməliyyat sistemindən bəhs edib.
The Verge" bildirir ki, bu əməliyyat sistemi yeni nəsil "BlackBerry" smartfonlarda olacaq.
BB10-da "ev ekranı"nda sürəkli yenilən informasiyaların yer aldığı 4 vicet var. "Canlı lövhələr" adlanan belə vicetlər başqa mobil əməliyyat sistemində - "Windows Phone"da var.
Panelin aşağı hissəsində "Telefon", "Axtarış" və "Kamera" düymələri, yuxarı hissəsində batareyada enerjinin səviyyəsi, şəbəkə siqnalı və s. barədə informasiyalar var.
Yeni əməliyyat sistemi fon rejimində eyni vaxtda bir neçə proqramdan istifadə etməyə imkan verir.
BB10-da "jest idarəetməsi" sistemi olacaq. Barmağını ekranda müəyyən istiqamətə hərəkət etdirəndən sonra istifadəçi bir əlavədən digərinə keçə biləcək.
BB10 əməliyyat sistemində videozənglər sistemi də olacaq. Lakin RİM-in öz videorabitə servisini işə salacağı, yaxud başqa şirkətin xidmətindən yararlanacağı bəlli deyil.
BB10-un klaviaturası istifadəçinin sürəkli yol verdiyi səhvləri yadda saxlayaraq, yanlış sözləri düzəldəcəkö
BB10 üçün proqram əlavələrinin hazırlanmasını stimullaşdırmaq üçün RİM bəyan edib ki, sertifikatlaşdırılmış hər əlavə sahibinə ildə 10 min dollar gəlir verəcək. Əgər həmin gəlir əldə edilməzsə, RİM proqram müəllifinə 10 min dollar ödəyəcək.
BB10 ilə işləyəcək smartfonlar bu ilin sonunadək satışa çıxarılacaq.
İlk belə smartfonlar sensor ekranlı olsa da, sonradan QWERTY-klaviaturalı aparatlar da satışa çıxarılacaq.
Video
foxnews.az