Musiqi və dostlarla yazışma iş vaxtının daha xoş keçməsinə səbəb olur
11.5.2012

Musiqi və dostlarla yazışma iş vaxtının daha xoş keçməsinə səbəb olur. Eyni vaxtda bir neçə iş görmək işin keyfiyyətini aşağı salır. Ohayo Universitetinin alimi Çjen Van deyir ki, ancaq bu, insanın əhvalını yaxşılaşdırır.

19 tələbənin iştirakı ilə aparılan eksperiment də bunu sübut etmişdir. Onlar imtahanlara hazırlaşarkən musiqiyə qulaq asmış və dostları ilə yazışmışlar.

Digər tədqiqat göstərmişdir ki, yaşı 34-dən az olan adamlar fikirlərini belə şeylərə yayındırırlar. Tələbələrə isə xüsusi qurğular paylanmışdır. Bu qurğuların köməyi ilə onlar 4 həftə ərzində gündə 3 dəfə nə ilə məşğul olduqları barədə məlumat vermişlər. Tələbələr həm də həmin işləri nə üçün gördüklərini əsaslandırmalı idilər.

Beləliklə, alimlər tələbələrin hansı ehtiyaclarını (əqli, emosional, sosial və ya vərdişləri) ödədiklərini öyrənmək istəyirdilər.

Məlum olmuşdur ki, musiqiyə qulaq asmaq və yazışmaq vərdişi emosional ehtiyacları və vərdişləri ödəyir. Başqa sözlə, insan daha yaxşı işləmir. Sadəcə işləməkdən emosional həzz alır və iş ona darıxdırıcı görünmür.

AzərTAc