Qətər əmirinin ailəsi Britaniyanın ən bahalı daşınmaz əmlakının sahibidir. Londonun Park-Leyn küçəsindəki “Dudley House” malikanəsi təmirdən əvvəl şəhərdəki minlərlə evdən seçilməyən bir tikili idi.
Qətər əmiri şeyx Həmad ben Xəlifə ət Tani 2006-cı ildə bu binanı 37,4 milyon funt-sterlinqə satın alandan sonra təmir işlərinə başlanılmışdır.
Təmirə isə 200 milyon funt-sterlinq xərcləndikdən sonra 185 yaşlı malikanədə 17 yataq və 14 qonaq otağı yaradılmışdır. Binadakı mebelin dəyəri 100 milyon funt-sterlinqdən artıqdır.
Ekspertlərin dediklərinə görə, “Dudley House” indi Britaniyanın ən bahalı malikanəsidir.
AzərTAc