Britaniyalı müğənni Adel nüfuzlu “Billboard music awards” mükafatlarının təqdimat mərasimində 18 mükafatdan 12-ni almışdır.
Nyu-Yorkda keçirilmiş mərasimdə Adelin layiq görüldüyü mükafatlar arasında “İlin ən yaxşı müğənnisi” və “İlin ən yaxşı albomu” titulları da vardır.
Adel bu il Britaniyada ən yaxşı müğənni sayılmışdır və 6 “Grammy” mükafatı almışdır.
AzərTAc