Avstraliyalı cütlük Rayan və Frenk Van Hornun toy rəqsi ingilisdilli internet saytlarında əsl gurultu qoparıb. Gənclər mühafizəkar ənənələrdən qaçaraq, sentimental musiqinin müşayiəti ilə akrobatik elementlərlə bol atəşli rəqs ifa ediblər.
Onların bu təşəbbüsü təkcə banket zalında deyil, internetdə də böyük gurultu qoparıb.
Cütlüyün video rolikini internetdə onminlərlə insan izləyib, amma jurnalistlər onların həvəskar, yoxsa peşəkar rəqqas olduğunu müəyyənləşdirə bilməyib.
“The West Australian”ın verdiyi məlumata görə, Rayanın və Frenki xüsusi rəqs təcrübəsi yoxdur, onlar 2 ay ərzində öz rəqslərini öyrəniblər.
Buna baxmayaraq, Britaniyanın məşhur “Daily Mail” qəzeti bu gənclərin rəqsini dünyanın ən yaxşı toy rəqsi adlandırıb.
ANN.Az
VİDEO