Azərbaycanda ikinci hərbi sərgi keçiriləcək
17.12.2015

Nazir açıqlama verdi.

Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək “ADEX-2016” ikinci Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir.

Bunu “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Onun sözlərinə görə, artıq 100-dən çox beynəlxalq şirkət sərgidə iştirak üçün qeydiyyatdan keçib.

www.oxu.az