“Unibank”dan Novruz hədiyyəsi
3.3.2016

“Unibank”ın “ALBALI PLUS” debet kartı pulsuz veriləcək.

Bankdan verilən məlumata görə Novruz bayramı ilə əlaqədar “Unibank” filiallarına müraciət edən hər kəs “ALBALI PLUS” debet kartını pulsuz alacaq.

“ALBALI PLUS”u əldə etmək istəyənlər sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən “Unibank” filialına müraciət edib, mart ayı ərzində kartı pulsuz ala bilər.

Bankın ödəniş terminallarında “ALBALI PLUS” debet kartı ilə daxil edilən vəsait, iş və ya qeyri iş günlərindən, günün hansı vaxtından asılı olmayaraq həmin an hesaba oturur.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

AZƏRTAC