“Facebook” öz istifadəçilərinə virtual reallıqda selfi etməyi təklif edir. Belə bir imkanı korporasiya əməkdaşları San-Fransisko şəhərində keçirilən F8 konfransının gedişatı zamanı çıxışlarında səsləndiriblər.
Məlum funksiya “ToyBox” “əyləncə meydança”sında yerləşir və istifadəçilərə virtual reallıq obyektləri ilə əlaqə qurmağa imkan yaradır. Misal olaraq “Facebook” nümayəndələri atəşfəşanlığı, həmçinin stolüstü tennisi göstəriblər.
Selfinin “ToyBox” meydançası ilə nümayiş perspektivləri olaraq sosial şəbəkənin texniki direktoru “Oculus” komandasından olan həmkarları ilə birgə Londona keçib və öz şəklini virtual avatarın üz qabına yerləşdirib.
Təbii ki, nəticədə onlar Böyük Britaniyanın paytaxtında selfinin bəzi görüntülərini əldə ediblər. Bu layihənin gələcək inkişafı “Facebook”un yaradıcısı və rəhbəri Mark Sukerberqin daha öncə elan etdiyi virtual reallığın inkişafı ilə bağlı 10 illik planına daxildir.
lent.az