18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu əlamətdar gün münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir.
İdarədən bildirilib ki, bu gün Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, habelə “Qala” qoruğu ərazisində fəaliyyət göstərən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Əntiq Əşyalar Muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.
Qeyd edək ki, muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
azertag.az