“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının növbəti nömrəsi çapdan çıxıb
25.4.2016

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının növbəti nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsində yerli və xarici alimlərin 25-dək məqaləsi yer alıb.

ATMU-dan bildirilib ki, məqalələrdə turizmin inkişafı, turizmin inkişafına təsir edən amillər, dünyada baş verən proseslərin turizmin inkişafına təsiri, turizmin inkişafının iqtisadi inkişafa təsirləri, mədəni irsin inteqrasiyasında turizmin rolu, eləcə də bu sahədə kadr potensialının inkişafının tədqiqinə geniş yer verilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Azərbaycanda turizmin inkişaf meyarları” sərlövhəli məqaləsi jurnalın baş məqaləsi olmaqla, ölkəmizdə turizm bazarının əsas meyllərinin tədqiqinə həsr olunub. Məqalədə Bakıda və regionlarda turizm infrastrukturunun yaradılması sahəsində görülən işlər, ölkədə keçirilən müxtəlif turizm tədbirləri, eləcə də milli mədəni dəyərlərin təbliği ilə bağı görülən işlərin təhlili əksini tapıb.

azertag.az