Şampunlar və kosmetik vasitələr çəkiyə təsir edir
20.6.2012

ABŞ alimləri belə nəticəyə gəliblər ki, daim istifadə etdiyimiz kosmetik vasitələr və şampunlar piylənməyə təsir edə bilər. Sən demə şampun, sabun və digər kosmetik məhsulların tərkibində 70% kimyəvi ftalat birləşməsi var.
Aparılan tədqiqatlar onu göstərir ki, bu maddə orqanizmdəki endokrin sistemin fəaliyyətini pozur. Amerika mütəxəssislərinin fikirləri bundan öncə aparılan tədqiqatlarla üst-üstə düşüb.
Pediatr Mayda Qalvez də tədqiqatlar zamanı kimyəvi birləşmələrlə insanın çəkisinin arasındakı əlaqəni aşkar edib. Qeyd edək ki, o, Manhettenin Şərqi Harlem bölgəsində 330 uşaq üzərində aparılan tədqiqatda iştirak edib.

Məhz buna görə, həkimlər ətirsiz kosmetik vəsitələrdən və təbii mənşəli məhsullardan istifadə etməyi məsləhət görürlər.

http://solo.az