Fransada, Fontenblo sarayının ərazisindəki ictimai ayaqyolunda saç sancağı tapılıb. Sancağın kraliça, kral II Henrixin xanımı Yekaterina Mediçiyə məxsus olduğu güman edilir.
İctimai ayaqyolu təmirə hazırlanarkən kraliçanın aksessuarı tapılıb. Bərpaçılar sancağa diqqətlə baxanda onun üzərində "C" hərfini, yəni Mediçinin adının (Catherine de Medicis) ilk hərfini görüblər.
Bundan başqa, sancağın yaşıl və ağ rəngdə olması da bu ehtimalı gücləndirib.
Çünki Fransa kraliçası bu rəngləri çox sevirdi. Polis düşünür ki, sancağı saraydan oğurlayan oğru onu ayaqyolunda itirib.
Milli.Az