Azərbaycan Turizm və Menecment Universitetində görüş keçirilib
3.5.2016

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə ATMU arasında mədəni irsin və turizm potensialının inkişafına, təbliğinə və tanıdılmasına xidmət edən tədbirlərin görülməsi sahəsində imzalanmış anlaşma memorandumu ilə bağlı ilk görüş keçirilib.

Mərkəzdən bildirilib ki, görüşdə yeni mədəni-turizm xidmətlərinin kəşf edilməsi istiqamətində regionlardakı “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri üçün təlimlərin keçirilməsi barədə müzakirə aparılıb. Bununla bağlı 3-4 mərhələdən ibarət pilot layihənin təqdim edilməsi və növbəti işgüzar görüşdə təsdiq olunması razılaşdırılıb.

Növbəti mərhələlərdə görüşlər, eyni zamanda, turizm sənayesi üzvlərinin iştirakı ilə təşkil olunacaq.

azertag.az